
Semestr imtahanları magistrantın fənn üzrə bilik və bacarıqlarının mənimsənilmə səviyyəsini qiymətləndirmək məqsədilə keçirilir.
İmtahanlar təsdiqlənmiş imtahan cədvəlinə uyğun təşkil olunur. İmtahanın formatı, müddəti, qiymətləndirmə qaydası və keçid tələbləri barədə məlumat magistrantlara əvvəlcədən təqdim edilir.
Magistrant imtahan zamanı müəyyən edilmiş təşkilati tələblərə və akademik dürüstlük prinsiplərinə riayət etməlidir. İmtahanda üzrlü səbəbdən iştirak etməmə, akademik borc və təkrar imtahan məsələləri qüvvədə olan qaydalar əsasında həll olunur.
