
Praktik bacarıqların qiymətləndirilməsi magistrantın nəzəri bilikləri müvafiq tapşırıq və situasiyalarda tətbiq etmək səviyyəsinin müəyyənləşdirilməsinə yönəlir.
Fənnin xüsusiyyətindən asılı olaraq qiymətləndirmə aşağıdakı fəaliyyətləri əhatə edə bilər:
- praktik və ya laborator tapşırığın yerinə yetirilməsi;
- klinik, peşə və ya tədqiqat situasiyasının təhlili;
- uyğun metodun seçilməsi və seçimin əsaslandırılması;
- avadanlıq, alət və məlumatlarla düzgün işləmə;
- nəticələrin şərhi və təqdim edilməsi;
- təhlükəsizlik və etik tələblərə riayət olunması.
Qiymətləndirmə fənnin təlim nəticələrinə uyğun, əvvəlcədən açıqlanmış meyarlar əsasında aparılır. Praktik bacarıqların qiymətləndirilməsinin vaxtı, forması və ümumi nəticədə payı təsdiqlənmiş təlimat və fənnin sillabusu ilə müəyyənləşdirilir.
