Heydər Əliyev
Bölmələrimiz
Dərslərin təşkili

Tədris mühazirələr, seminarlar, praktik və laborator məşğələlər, müstəqil işlər və tədris planında nəzərdə tutulan digər fəaliyyət formaları vasitəsilə həyata keçirilir.

Dərslər təsdiqlənmiş cədvəl üzrə keçirilir. Tədrisin məzmunu, tapşırıqlar, istifadə olunan resurslar və qiymətləndirmə meyarları fənnin sillabusunda göstərilir və tədrisin əvvəlində magistrantlara izah olunur.

İxtisaslaşmalar üzrə tədris müvafiq baza kafedraları tərəfindən həyata keçirilir. Tədrisin təşkili və sənədləşmə məsələləri Rezidentura və magistratura departamentinin Magistratura şöbəsi tərəfindən əlaqələndirilir.