
Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura departamentinin Magistratura şöbəsi magistrantların tədris, elmi-tədqiqat və akademik fəaliyyəti ilə bağlı aktual məlumatların vaxtında və əlçatan şəkildə təqdim edilməsinə xüsusi önəm verir.
“Elanlar və tədbirlər” bölməsində magistratura təhsil səviyyəsi üzrə tədris prosesinin təşkili, imtahan sessiyaları, akademik məsələlər, elmi tədbirlər, magistrantların elmi fəaliyyəti və digər mühüm yeniliklər barədə məlumatlar yerləşdirilir.
Bölmənin məqsədi magistrantların və müvafiq baza kafedralarının akademik proseslərlə bağlı məlumatlandırılmasını təmin etmək, elmi tədbirlərdə iştirak imkanlarını genişləndirmək və universitetin magistratura səviyyəsində həyata keçirilən fəaliyyətlərin ictimaiyyətə çatdırılmasına şərait yaratmaqdır.
