
Tələb olunan sənədlərin dəqiq siyahısı və təqdim edilmə qaydası müvafiq qəbul ili üzrə qeydiyyat elanında göstərilir.
Qeydiyyat zamanı şəxsiyyəti və əvvəlki ali təhsili təsdiq edən məlumatlar, həmçinin namizədin statusuna uyğun əlavə sənədlər tələb oluna bilər. Təhsil haqqından azadolma və digər güzəştlər üçün müraciət edən şəxslər müvafiq hüququ təsdiqləyən sənədləri elanda göstərilən qaydada təqdim etməlidirlər.
Sənədlərin elektron surətlərinin yüklənməsi, əslinin təqdim edilməsi və əlavə sənədlərə dair tələblər rəsmi qeydiyyat elanına əsasən yerinə yetirilir.
