
Universitetdə qəbul aparılan ixtisas və ixtisaslaşmalar, qəbul yerləri, tədris dili və maliyyələşmə forması müvafiq tədris ilinin qəbul planına uyğun müəyyənləşdirilir.
Namizəd ixtisaslaşma seçimi zamanı bakalavr səviyyəsində bitirdiyi ixtisasın seçmək istədiyi magistratura ixtisaslaşmasına uyğunluğunu DİM-in həmin il üçün dərc etdiyi ixtisaslaşma seçimi cədvəli əsasında yoxlamalıdır.
İxtisaslaşmaların məzmunu, baza kafedraları və hazırlıq istiqamətləri barədə məlumat “Magistratura proqramları” bölməsində təqdim olunur.
