
Azərbaycan Tibb Universitetinin magistratura səviyyəsinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının nəticələri və müvafiq müsabiqə şərtləri əsasında həyata keçirilir.
Qəbul imtahanında namizədlərin məntiqi təfəkkürü, informatika və xarici dil bilikləri qiymətləndirilir. İmtahana müraciət qaydası, imtahan tarixləri, qiymətləndirmə meyarları və müsabiqə şərtləri müvafiq qəbul ili üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunur.
Namizədlər qəbul prosesində aşağıdakı mərhələləri izləməlidirlər:
- DİM-in qəbul elanı və müsabiqə şərtləri ilə tanış olmaq;
- müəyyən edilmiş müddətdə elektron ərizəni doldurmaq və təsdiqləmək;
- qəbul imtahanında iştirak etmək;
- müsabiqə şərtlərinə uyğun olaraq ixtisaslaşma seçimini aparmaq;
- qəbul nəticəsi elan olunduqdan sonra qeydiyyatı tamamlamaq.
