Heydər Əliyev
Bölmələrimiz
Rezidentura

2026 – 2027 - ci tədris ilindən etibarən Təcili Tibb Kafedrasında rezidentura səviyyəsində təcili tibb üzrə ixtisas hazırlığının həyata keçirilməsinə başlanılır. Rezidentura proqramı çərçivəsində təcili tibbi yardım tələb edən vəziyyətlərin diaqnostikası və idarə olunması, xəstənin ilkin və təkrar qiymətləndirilməsi, təxirəsalınmaz tibbi müdaxilələrin həyata keçirilməsi, klinik qərarvermə və praktiki-prosedur bacarıqların təkmilləşdirilməsi istiqamətində nəzəri və praktiki hazırlığın təmin edilməsi nəzərdə tutulur.

Rezidentlərin hazırlığında müasir beynəlxalq təcrübənin, sübuta əsaslanan tibbi yanaşmaların, simulyasiya əsaslı təlimlərin və real klinik şəraitdə praktiki fəaliyyətin inteqrasiyasına xüsusi əhəmiyyət verilir. Proqram rezidentlərin müstəqil klinik düşünmə, təcili vəziyyətlərdə düzgün və vaxtında qərar qəbul etmə, komanda daxilində effektiv fəaliyyət göstərmə və peşəkar kompetensiyalarının davamlı inkişafına yönəldilir.