Rezidentura
Rezidentura səviyyəsinin 7100016 – “Travmatologiya və ortopediya” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra – İTP) Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın tələblərinə, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na uyğun hazırlanmışdır.
“Travmatologiya və ortopediya” ixtisası üzrə həkim-mütəxəssisin ixtisas xarakteristikası və səriştəliliyi, təhsilin məzmunu və səviyyəsinə qoyulan minimum tələblər, klinik bazanın maddi-texniki tədris bazası və kadr potensialı, tədris prosesinin forma və üsulları, qiymətləndirmə və yekun attestasiyaya qoyulan tələblər İTP-də öz əksini tapmışdır.
Doktorantura
“Travmatologiya və ortopediya” sahəsində doktorantura təhsili dayaq-hərəkət sistemi xəstəlikləri və travmalarının elmi əsaslarının öyrənilməsinə yönəlmişdir. Doktorantura proqramı çərçivəsində travmaların müalicəsində innovativ yanaşmalar, ortopedik cərrahiyyənin müasir metodları, implantologiya, reabilitasiya və profilaktika sahəsində elmi tədqiqatlar aparılır.
Tədqiqat işi sümük və oynaq patologiyalarının yaranma mexanizmlərinin öyrənilməsi, yeni müalicə metodlarının işlənib hazırlanması və klinik praktikaya tətbiqinə xidmət edir. Bu proqram yüksəkixtisaslı elmi-pedaqoji və klinik kadrların hazırlanmasına şərait yaradır.