Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Bakalavriat (Əsas (baza) ali tibb təhsili)

“Fizioterapiya və tibbi reabilitasiya” kafedrasında Bakalavr proqramı səviyyəsində Fizioterapiya və tibbi reabilitasiya üsullarından istifadə etməklə pasiyentlərin müalicə tibbi reabilitasiya və profilaktikası həyata keçirilir. Bu zaman müxtəlif fiziki amillərin fiziki xüsusiyyətləri, fizioloji və müalicəvi təsiri, göstəriş və əks göstərişlərin müalicələrin verilmə texnikası və metodikası öyrədilir. Tibbi reabilitasinın tədrisində müxtəlif reabilitasiya avadanlıqları ilə tanış olur. Onların tətbiq sahələri, göstəriş və əks göstərişləri istifadə olunma üsulları öyrədilir. Fizioterapiya və tibbi reabilitasiya ixtisasında məzun olan tələbələr müxtəlif Fizioterapiya və tibbi reabilitasiya şöbələrində, reabilitasiya mərkəzlərində və müxtəlif sanator kurort müəssisələrində çalışacaqlar. Bakalavr təhsilini başa vuran məzunlar magistratura, rezidentura təhsil pilləsində təhsillərini davam etdirə bilərlər. onlar həmçinin elmi fəaliyyət ilə məşğul olaraq elmi dərəcələrdə ala bilərlər.

Fizioterapiya – fizki amillərdən istifadə etməklə müalicə, reabilitasiya, diaqnostika və profilaktika məqsədilə  istifadə olunur.Fənnin predmeti müalicəvi fiziki amillərin öyrənilməsidir.müxtəlif fiziki amillərin orqanizmə təsirini bir sıra elm sahələri (fotobiologiya, gigiyena, elektromaqniti- biologiya, bioklimatologiya, hidrogeologiya, ekologiya) də öyrənir.Fizioterapiya o fiziki amilləri öyrənir ki, onlardan müalicə və reabilitasiya  məqsədilə istifadə olunur.

Ümumi fizioterapiya fənni müalicə məqsədilə istifadə olunan təbii amillərin fizioloji və müalicəvi təsir mexanizmlərini, onların istifadə olunma prinsiplərini, müalicəyə göstəriş və əks göstərişləri, müalicənin verilmə texnikasını, xüsusi (kliniki) fizioterapiya isə müalicəvi fiziki amillərin konkret nozoloji vahidlərin müalicəsində təsir xüsusiyyətlərini öyrənir.

Fizioterapiyanın tədrisində tələbələrə fiziki amillərlə müalicənin prinsipləri, elektrik cərəyanının orqanizmə təsiri, sabit cərəyanla müalicə, dərman elektroforezi, impuls cərəyanları ilə müalicə (elektroyuxu, transkranial elektroanalgeziya, diadinamo terapiya, sinusoidal modullaşmış cərəyanla müalicə, interferensterapiya, fluktorizasiya, elektrostimulyasiya) , dansonvalizasiya, induktotermiya, yüksəktezlikli eleektrik sahəsi ilə müalicə,elektromaqnit dalğaları ilə müalicə, maqnitoterapiya, ultrasəslə müalicə, hidroterapiya, işıqla müalicə,balneoterapiya (mineral sularla müalicə), havanı sünii ionlaşdırmaqla müalicə, aerozolterapiya, palçıqla müalicə,parafinlə müalicə,krioterapiya, naftalanla müalicə, sanator-kurort müalicəsi haqqında məlumat verilir.

Reabilitasiya – xəstəlik yaxud travma nəticəsində orqanizmin itirilmiş funksiyalarının tam yaxud funksiyaların kompensasiya olunmasını həyata keçirən sistemlər tədbiridir.Tibbi reabilitasiya- reabilitasiya prosesinin tərkib hissəsi olaraq əlilin  fiziki, psixoloji, sosial  potensialından istifadə edərək onu cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Tədris prosesi zamanı tələbələrə tibbi reabilitasiyanın əsasları,müalicə bədən tərbiyəsi (kineziterapiya).erqoterapiya, idman hərəkətləri, ortezoterapiya, manual terapiya, psixiliji reabilitasiya, müalicəvi qidalanma, sağlamlaşdırıcı üsullar, kardioloji, tənəffüs, nevroloji, travmatoloji,cərrahi, qastroenteroloji, endokrinoloji, pediatrik və əlillərin reabilitasiya üsulları, tibbi reabilitasiyaya göstəriş və əks göstərişlər haqqında məlumatlar verilir.

Fizioterapiya(MPF, Hərbi Tibb, Stomotologiya, Hərbi feldşerlər)

Reabilitasiya(MPF, Hərbi Tibb, Stomotologiya, Hərbi feldşerlər)

Kineziologiya(Ali tibb bacıları/qardaşları)

İxtisasa giriş (Fizioterapevtlər)

İşıq, istilik, hidroterapiya

Biomexanikanın əsas prinsipləri

Fizioterapiya və tibbi reabilitasiyanın əsasaları

İdman hərəkətlərinin əsasları və fizioterapiyası

Fizioterapiyada palpasiya bacarıqları

Manipulyasiya proseduraları

Dayaq hərəkət sisteminin funksional inkişafının əsasları

Neyrofizioliji yanaşmalar

Neyrocərrahiyyədə reabilitasiya

Kardiovaskulyar reabilitasiya

Nevroloji reabilitasiya

Ortezlə reabilitasiya

İdmançıların reabilitasiyası

Fizioterapiyada kliniki qərarvermə

Fizioterapiya və reabilitasiyada kliniki qərarvermə

Fizioterapiya və  reabilitasiyada  idarəetmə

Profilaktik fizioterapiya və reabilitasiya

Elektroterapiya

Fizioterapevtik göstəricilərin qiymətləndirilməsi

Biomexanika və kineziologiya

Ortopediya və travmatologiyada fizioterapiya

Pediatrik reabilitasiya

Protez və reabilitasiya

Pulmonoloji reabilitasiya

Revmatoloji reabilitasiya

Cərrahi xəstəliklərdə reabilitasiya

Mama-ginekoloji reabilitasiya

İntensiv terapiyada reabilitasiya

Kardiopulmonar reabilitasiyada kliniki bacarıqlar

Nevroloji reabilitasiyada kliniki bacarıqlar

Pediatrik reabilitasiyada kliniki bacarıqlar

Ortopedik reabilitasiyada kliniki bacarıqlar

Protez-ortez reabilitasiyada kliniki bacarıqlar

Fizioterapiya ə reabilitasiyada kliniki bacarıqlar

Əl reabilitasiyası