Heydər Əliyev
Bölmələrimiz
Mütəxəssis

Aysel Cəfərzadə 4 mart 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2000–2011-ci illərdə Bakı şəhərində M. Ə. Sabir adına 259 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012–2016-cı illərdə Azərbaycan Kooperasiya Universitetində “Qida məhsulları mühəndisliyi” ixtisası üzrə ali təhsil almışdır.

2020-ci ildən Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura departamentində çalışır.

 

Əsas vəzifə və fəaliyyət istiqamətləri

- Rəhbərliyin və aparıcı mütəxəssisin tapşırıqları əsasında cari texniki, təşkilati və kargüzarlıq işlərini yerinə yetirmək;
- Magistrantların fərdi tədris planlarını və digər təhsil məlumatlarını elektron informasiya bazasına daxil etmək və mütəmadi yeniləmək;
- Magistrantların şəxsi işlərini komplektləşdirmək, qeydiyyatını aparmaq və saxlanılmasını təmin etmək;
- Magistrantların davamiyyəti və dərslərdə iştirakı barədə məlumatları toplamaq, müvafiq jurnallarda və elektron bazalarda qeydiyyatını aparmaq;
- Akademik borclar və davamiyyət göstəriciləri üzrə sənədləşmə və hesabat materiallarını hazırlamaq;
- Magistrantların qəbulu, xaric edilməsi və akademik məzuniyyətə çıxması ilə bağlı arayış, çıxarış və digər müvafiq sənədlərin layihələrini hazırlamaq;
- Cari, aralıq və yekun attestasiyaların, imtahanların və magistrlik dissertasiyalarının müdafiəsinin təşkilinə texniki və təşkilati dəstək göstərmək;
- Təcrübə gündəliklərinin, attestasiya vərəqələrinin və imtahan protokolu blanklarının paylanmasını, toplanmasını və saxlanılmasını təmin etmək;
- Statistik hesabatların hazırlanması üçün kafedralardan və klinik bazalardan ilkin məlumat və sənədləri toplamaq;
- Təhsil haqqı, təqaüd və müqavilələrlə bağlı sənədlərin qeydiyyatını aparmaq və onları sistemləşdirmək;
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatını aparmaq, aidiyyəti üzrə yönləndirilməsini və icra vəziyyətinin izlənilməsini təmin etmək;
- Magistrantların müraciətlərini qəbul etmək, onları müraciətin məzmununa uyğun yönləndirmək və aidiyyəti üzrə rəhbərliyə məlumat vermək.

Fəaliyyətində universitetin keyfiyyət siyasətini, daxili nizam-intizam qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik tələblərini rəhbər tutur.