Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Mövzunun adı:  

Sinir sistemi xəstəliklərinin müalicə və reabilitasiyasında fizioterapevtik və farmakoterapevtik üsulların kompleks tətbiqi

Mövzunun aktuallığı:

Serebral işemik insultlu xəstələrin erkən reabilitasiyası üçün yeni effektiv üsulların axtarışı öz aktuallığını itirmir. Sübut edilmişdir ki, beyin insultundan sonra itirilmiş funksiyaların bərpasınıın dərəcəsi vaxtında həyata keçirilimiş kompleks reabilitasiyadan asılıdır. Müasir dövr mütəxəssislərinin gəldiyi qənaətə görə, kompleks yanaşma həm farmakoloji preparatların istifadəsini (xüsusilə neyroprotektiv xassələrə malik olan), həm də fizio- və kineziterapiya metodlarının tətbiqini nəzərdə tutan konkret terapevtik sxemləri əhatə etməlidir.

Son zamanlar insultun multimodal terapiya konsepsiyası çərçivəsində farmakoloji müalicə ilə reabilitasiya tədbirlərinin birgə istifadəsinə üstünlük verilir. Ən son meta-analizlərə əsasən, transcranial maqnit və elektrik stimulyasiyası, sinir-əzələ stimulyasiyası metodları və kineziterapiya üstünlüyünü saxlamaqdadır. (Berthold Kepplinger, 2018; SundersD.H.etal., 2020; Боголюбов В.М., 2008-2009). Xəstəliyin erkən bərpa dövründə xəstələrin insultdan sonrakı reabilitasiya proqramını daha da təkmilləşdirmək məqsədi ilə, serebrolizin ilə farmakoterapiyanı və transkranial elektrik stimulyasiyasını ehtiva edən kompleks metodikanın klinik effektivliyinin və patogenetik istiqamətlərinin öyrənilməsi məqsədəuyğundur. Diabetik polineyropatiyaların müalicəsində əhəmiyyətli istiqamətlərdən biri periferik sinirlərin zədələnmiş liflərində keçiriciliyin yaxşılaşdırılmasıdır. Bu baxımdan neyrotransmitter proseslərinin müxtəlif aspektlərinə kompleks təsirin universal neyronal mexanizminə malik olan dərmanların öyrənilməsi maraq doğurur. Bu dərmanlar arasında Neuromidin (ipidacrine) qeyd edilə bilər ki, onun yuxarıda göstərilən xüsusiyyətlərlə Tibbi annotasiya forması-AMEA-5 yanaşı, olduqca nadir yan təsirlərə malik olması, diabetli xəstələr arasında kifayət qədər geniş istifadəsinə imkan yaradır. Neyromidinin klinik praktikada istifadəsinə baxmayaraq, onun təsir mexanizminin bəzi məqamları, xüsusən də neyrofizioloji aspektlər zəif öyrənilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq, bu tədqiqat neyromidinin (ipidacrine) istifadəsinin effektivliyinin öyrənilməsini və yüngül və orta dərəcəli DPN-də onun təsirinin neyrofizioloji mexanizmlərini aydınlaşdırmağı planlaşdırır.

Məqsədi:

1.Serebral işemik insultdan sonra erkən bərpa dövründə serebrolizinin transserebral elektrik stimulyasiya ilə birlikdə kompleks istifadəsinin effektivliyinin öyrənilməsi.

2. Neuromidinin (ipidacrine) effektivliyini qiymətləndirmək və mülayim və orta dərəcəli DPN-də onun təsirinin neyrofizioloji mexanizmlərini aydınlaşdırmaq

Elmi yenilik dərəcəsi:

İnsultlu xəstələrdə aparılmış klinik, neyrofizioloji, neyropsixoloji və biokimyəvi tədqiqatlar nəticəsində ilk dəfə serebrolizinlə farmakoterapiya və transcranial elektrik stimulyasiyadan istifadə etməklə kompleks reabilitasiya metodikasının sanogenetik mexanizmləri aşkar ediləcəkdir. Bu, beyin insultundan sonra erkən bərpa dövründə sözügedən metodikanın istifadəsinə dair differensiallaşmış göstərişləri təyin etməyə və bu kateqoriyalı xəstələrin reabilitasiyasına yeni yanaşmanı əsaslandırmağa imkan verəcəkdir. İlk dəfə olaraq Neyromidinin ənənəvi dərman müalicəsi ilə birlikdə istifadəsinin klinik və neyrofizioloji təsir mexanizmləri müqayisəli aspektdə öyrəniləcək.

Tətbiq sahəsi:

Səhiyyə sistemi, müalicə-profilaktika müəssisələri, o cümlədən ambulator-poliklinika müəssisələri, xəstəxanalar, sanator-kurort müəssisələri, reabilitasiya və sağlamlıq mərkəzləri,

Səmərəlilik:

Əhalinin həyat keyfiyyətinin və sağlamlıq vəziyyətinin yaxşılaşdırılması