Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
İnkişaf strategiyası

Giriş

II Cərrahi Xəstəliklər Kafedrası müasir tibbin inkişaf istiqamətlərinə uyğun olaraq tədris, elmi-tədqiqat və klinik fəaliyyət sahələrində davamlı yenilənməni təmin etməli, milli və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli akademik və klinik mərkəzə çevrilməlidir. Bu strategiya kafedranın uzunmüddətli inkişaf prioritetlərini, məqsədlərini və fəaliyyət istiqamətlərini müəyyən edir.

 

Missiya

Müasir tibbi təhsil, elmi tədqiqat və yüksək ixtisaslı klinik fəaliyyət vasitəsilə cərrahiyyə sahəsində peşəkar, etik dəyərlərə sadiq və innovativ düşüncəyə malik mütəxəssislərin hazırlanması, innovativ elmi tədqiqatların aparılması və cəmiyyətə keyfiyyətli cərrahi xidmətlərin göstərilməsinə töhfənin verilməsi.

 

Vizyon

Regionun və beynəlxalq akademik məkanın aparıcı cərrahiyyə mərkəzlərindən birinə çevrilmək, tədris, elmi fəaliyyət və klinik xidmət sahələrində mükəmməllik standartlarını təmin etmək.

 

Strateji məqsədlər

1. Tədris keyfiyyətinin təkmilləşdirilməsi

Beynəlxalq standartlara uyğun, kompetensiya əsaslı və innovativ tədris sisteminin yaradılması.

Tələbəyönümlü və kompetensiya əsaslı tədris modelinin tətbiqi.

Simulyasiya mərkəzlərindən və rəqəmsal tədris texnologiyalarından geniş istifadə.

Klinik bacarıqların obyektiv qiymətləndirilməsi sisteminin inkişaf etdirilməsi.

İngilis dilində tədris resurslarının artırılması.

Rezident və doktorantlar üçün müasir cərrahi texnologiyalar üzrə kursların təşkili.

 

2. Elmi-tədqiqat potensialının gücləndirilməsi

Kafedranın elmi məhsuldarlığını və beynəlxalq görünürlüyünü artırmaq.

Beynəlxalq indeksli jurnallarda nəşrlərin sayının artırılması.

Multidissiplinar tədqiqat qruplarının yaradılması.

Elmi qrant layihələrində iştirak edilməsi.

Süni intellekt, robotik cərrahiyyə və minimal invaziv metodlar üzrə tədqiqatların təşviqi.

Gənc tədqiqatçılar üçün mentorluq proqramlarının yaradılması.

 

3. Klinik fəaliyyətin modernləşdirilməsi

Sübutlara əsaslanan tibbi protokolların tətbiqi.

Minimal invaziv və laparoskopik əməliyyatların payının artırılması.

Pasiyent təhlükəsizliyi və keyfiyyət göstəricilərinin monitorinqi.

Klinik nəticələrin davamlı qiymətləndirilməsi və təhlili.

Elektron tibbi informasiya sistemlərinin effektiv istifadəsi.

Ağırlaşmalar və ölüm hadisələrinin müzakirəsinə həsr olunmuş konfranslarının keçirilməsi.

 

4. Beynəlxalq əməkdaşlığın inkişafı

Xarici universitetlərin Cərrahi xəstəliklər kafedraları və xarici klinikaların cərrahiyyə şöbələri ilə əməkdaşlıq müqavilələrinin bağlanması.

Müəllim və tələbə mübadilə proqramlarının genişləndirilməsi.

Birgə elmi layihələrin və beynəlxalq konfransların təşkili.

Xarici ekspertlərin tədris və klinik fəaliyyətə cəlb edilməsi.

 

5. İnsan resurslarının inkişafı

Akademik heyətin davamlı peşəkar inkişaf proqramlarında iştirakı.

Gənc müəllimlərin elmi və pedaqoji fəaliyyətə təşviqi.

Performansa əsaslanan qiymətləndirmə sisteminin tətbiqi.

Liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi.

 

6. İnfrastrukturun təkmilləşdirilməsi

Müasir cərrahi simulyasiya mərkəzinin yaradılması.

Tədris auditoriyalarının rəqəmsal avadanlıqlarla təchiz olunması.

Elmi tədqiqat laboratoriyalarının modernləşdirilməsi.

Elektron kitabxana və məlumat bazalarına çıxış imkanlarının genişləndirilməsi.

 

2026–2030-cu illər ərzində:

Beynəlxalq jurnallarda nəşrlərin sayının artırılması.

Beynəlxalq qrant layihələrinin udulması.

Simulyasiya əsaslı tədrisdə iştirak edən tələbələrin payının 100%-ə çatdırılması.

Xarici tərəfdaş universitetlərlə aktiv əməkdaşlıq proqramlarının yaradılması.

Klinik keyfiyyət göstəricilərinin illik monitorinqi və yaxşılaşdırılması.

Müəllim heyətinin beynəlxalq təlim və konfranslarda iştirakının təmin edilməsi.

 

Gözlənilən nəticələr

Yüksək ixtisaslı və rəqabətqabiliyyətli cərrah kadrların hazırlanması.

Kafedranın beynəlxalq akademik reytinqinin yüksəlməsi.

Elmi məhsuldarlığın və innovativ fəaliyyətin artması.

Klinik xidmətlərin keyfiyyətinin yüksəldilməsi.

Milli və beynəlxalq səhiyyə sisteminə töhfənin gücləndirilməsi.

 

Bu strategiyanın həyata keçirilməsi nəticəsində II Cərrahi Xəstəliklər Kafedrası tədris, elm və klinik fəaliyyət sahələrində beynəlxalq standartlara uyğun fəaliyyət göstərən, innovativ yanaşmaları tətbiq edən və ölkənin səhiyyə sisteminin inkişafına mühüm töhfə verən aparıcı akademik quruma çevriləcəkdir.