Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Bakalavriat (Əsas (baza) ali tibb təhsili)

Onkologiya kafedrasında bakalavr proqramı gələcək həkimlərə xoş- və bədxassəli şişlərin erkən aşkarlanması, diaqnostikası, profilaktikası və müalicəsinin əsas prinsipləri üzrə fundamental nəzəri bilik və ilkin praktik bacarıqlar qazandırır. Proqramın əsas məqsədi tələbələrdə onkoloji xəstəliklərin etiologiyası və patogenezi, klinik gedişi, mərhələlənməsi, müasir diaqnostik yanaşmalar və kompleks müalicə strategiyaları haqqında sistemli biliklərin formalaşdırılmasıdır.

Tədris prosesi çərçivəsində tələbələr müxtəlif lokalizasiyalı onkoloji xəstəliklərin (süd vəzisi, ağciyər, mədə-bağırsaq sistemi, dəri, baş-boyun, reproduktiv sistemin şişləri və s.) klinik əlamətlərini tanımağı, instrumental və laborator müayinə üsullarını (radioloji görüntüləmə, biopsiya, patohistoloji və molekulyar diaqnostika əsasları) öyrənməyi, həmçinin cərrahi, kimyəvi terapiya və hədəfli müalicə prinsiplərinin əsaslarını mənimsəyirlər.

Bakalavr pilləsini bitirən məzunlar onkoloji xəstəliklərin ilkin klinik qiymətləndirilməsini aparmaq, risk qruplarını müəyyən etmək, skrininq və profilaktik tədbirlərdə iştirak etmək, pasiyentlərin ixtisaslaşmış onkoloji xidmətlərə yönləndirilməsi və klinik müşahidəsinin aparılması üzrə zəruri kompetensiyalara yiyələnirlər. Məzunlar xəstəxanaların onkoloji şöbələrində, poliklinikalarda, onkoloji dispanserlərdə, icbari tibbi sığorta sistemində, dövlət və özəl tibb müəssisələrində, eləcə də elmi-tədqiqat və tədris strukturlarında fəaliyyət göstərə bilərlər.

 

Onkologiya ( I və II Müalicə-profilaktika ) 

Bədxassəli şişlərin kimyəvi terapiyası  ( I və II Müalicə-profilaktika ) 

Onkologiya ( İctimai səhiyyə fakültəsi ) 

Onkologiya ( Hərbi-tibb ) 

Onkologiya ( Stomatologiya ) 

Onkoloji xəstəliklərdə reabilitasiya ( İctimai Səhiyyə fakültəsi )