
Mövzunun adı:
Ahıl və qocalarda ürək çatışmazlığı ilə ağırlaşmış kəskin koronar sindromun kompleks müalicəsinin mərhələlərində klinik-hemodinamik dəyişikliklərin xüsusiyyətləri
Mövzunun aktuallığı:
Son illər dünya əhalisi arasında ahıl və qocaların sayının dinamik olaraq artması,o cümlədən kəskin koronar sindromlu xəstələr işərisində onların xüsusi çəkisinin artması diqqəti cəlb edir.
Məqsədi:
Ahıl və qocalarda ürək çatışmazlığı ilə ağırlaşmış kəskin koronar sindromun kompleks müalicəsinin mərhələlərində klinik-hemodinamik dəyişikliklərin əməliyyatın növündən əməliyyatın növündən və yanaşı xəstəliklərdən asılı olaraq qiymətləndirilməsindən ibarətdir.
Elmi yenilik dərəcəsi
Ahıl və qocalarda ürək çatışmazlığı ilə ağırlaşmış kəskin koronar sindromun kompleks müalicəsinin mərhələlərində klinik-hemodinamik dəyişikliklərin əməliyyatın növündən(perkutan koronar müdaxilə yaxud aorta-koronar şuntlama) və komorbid patologiyanın(arterial hipertenziya,şəkərli diabet) mövcüdluğundan asılı olaraq kompleks şəkildə öyrənilərək qiymətləndiriləcəkdir.
Gözlənilən nəticələr:
Aparılan kompleks tədqiqatların əsasında ahıl və qocalarda ürək çatışmazlığı ilə ağırlaşmış kəskin koronar sindromun kompleks müalicəsinin mərhələlərində klinik-hemodinamik dəyişikliklər müəyyən edilərək,onların xüsusiyyətləri qiymətləndiriləcək və müalicə sxemləri tərtib edilərkən nəzərə alınacaqdır.
