
“Təcili tibb” fənni Müalicə-profilaktika fakültəsinin IV kurs tələbələri üçün tədris olunur. 2024 – 2025-ci tədris ilindən etibarən fənnin tədrisi Hərbi-tibb fakültəsinin və Tibb bacılığı proqramının tələbələrini də əhatə edir. 2025 – 2026 - cı tədris ilindən başlayaraq Müalicə-profilaktika fakültəsinin VI kurs tələbələri üçün Klinik təcrübə proqramı çərçivəsində real klinik şəraitdə “Təcili tibb” fənni üzrə praktik bacarıqların mənimsənilməsi təmin olunur.
