Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Mövzunun adı: Yaş, cinsi və fərdi aspektlərdə insan orqanizminin təşəkkül tapdığı sistemlərin anatomo-funksional və klinik-anatomik xüsusiyyətləri.

Problem:  Klassik və müasir rəqəmsal, həmçinin eksperimental üsullarla orqanizm sistemlərinin tədqiqatının klinik əhəmiyyətinin interdissiplinar inteqrativ  aspektdə  formalaşdırılması.

Mövzunun aktuallığı: İnsan anatomiyası və tibbi terminologiya kafedrasında mövcud quru və yaş preparatların varaisiyalılığı, müasir dövrün tələblərinə uyğun olaraq, klinik təcrübəyə çıxış üçün onların dəqiq analizini və rəqəmsal bazasının yaradılmasını tələb edir. Bu baxımdan müasir kompyuter proqramlarının və rəqəmsal rentgenoqrafiyanın tətbiqi məqsədəuyğundur.

Eləcə də mövcud osteoloji preparatların cərrahiyyədə oriyentir funksiyasını; məhkəmə təbabətində insan qalıqlarının müəyyən edilməsi baxımından onların fərdi və cinsi xüsusiyyətlərinin aşkarlanması; antropoloji tədqiqatların ümumdünya miqyasında geniş vüsət alması və etnik antropologiyanın inkişafı; üz-çənə sisteminin yaş aspektində öyrənilməsini; canlı insanın dayaq-hərəkət aparatının variasiyalılığı; həzm-tənəffüs və sidik-cinsiyyət sistemləri variasiyaları; qeyd edilən sistematizasiyanın və normativ bazanın yaradılmasının aktuallığını şərtləndirir.

Həmçinin sinir-damar və vəzi strukturlarının, yumşaq toxumaların müasir klinik anatomik üsulların (kompyuter və maqnit rezonans tomoqrafiyası, USM) tətbiqi ilə araşdırılması müvafiq zonaların “anatomik variasiya xəritələrinin” müəyyən edilməsinə gətirəcəkdir ki, bunun da təcrübi əhəmiyyəti olduqca böyükdür.

Tədqiqatın məqsədi: Yaş, cinsi və fərdi aspektlərdə insan orqanizminin təşəkkül tapdığı müxtəlif sistemlərin kompleks surətdə klassik və modern anatomik təhlil üsullarının istifadəsi ilə anatomo-funksional və klinik-anatomik xüsusiyyətlərinin öyrənilməsi, sistematizasiyası və təcrübi təbabətə tətbiqinin qiymətləndirilməsi, insan orqanizmini təşkil etmiş sistem komponentlərinin variasiyalarının rastgəlmə tezliklərinin müəyyənləşdirilməsi, bu variasiyaların klinik əhəmiyyəti baxımından geniş miqyaslı surətdə təhlilinin aparılması.

Tədqiqatın vəzifələri: 

1. Yaş aspektində insan orqanizminin təşəkkül tapdığı müxtəlif sistemlərin kompleks surətdə klassik və modern anatomik təhlil üsullarının istifadəsi ilə anatomo-funksional və klinik-anatomik xüsusiyyətlərinin öyrənilməsi.

2. Cinsi aspektdə insan orqanizminin təşəkkül tapdığı müxtəlif sistemlərin kompleks surətdə klassik və modern anatomik təhlil üsullarının istifadəsi ilə anatomo-funksional və klinik-anatomik xüsusiyyətlərinin öyrənilməsi.

3. Fərdi aspektdə insan orqanizminin təşəkkül tapdığı müxtəlif sistemlərin kompleks surətdə klassik və modern anatomik təhlil üsullarının istifadəsi ilə anatomo-funksional və klinik-anatomik xüsusiyyətlərinin öyrənilməsi.

4. İnsan orqanizmini təşkil etmiş sistem komponentlərinin variasiyalarının rastgəlmə tezliklərinin müəyyənləşdirilməsi.

5. İnsan orqanizmini təşkil etmiş sistem komponentlərinin variasiyalarının rastgəlmə tezliklərinin korrelyasiyasının müəyyənləşdirilməsi və analizi.

Tədqiqat işinin obyekti:  Quru və yaş preparatlar, kompyuter və maqnit-rezonans tomoqramlar, rəqəmsal rentgenoqrafiya və rentgenoskopiya ilə əldə olunmuş materiallar.

Tədqiqat üsulları: Təşrih üsulu, kompyuter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası, rəqəmsal rentgenoqrafiya və rentgenoskopiya, USM, endoskopiya.

Açar sözlər: anatomik variasiyalar, orqan sistemləri, rastgəlmə tezliyi, yaş aspekti, cinsi aspekt, fərdi aspekt, korrelyasiya

Elmi yeniliyiİlk: dəfə olaraq kompleks surətdə klassik və modern anatomik təhlil üsullarının istifadəsi ilə yaş, cinsi və fərdi aspektlərdə insan orqanizminin təşəkkül tapdığı müxtəlif sistemlərin anatomo-funksional və klinik-anatomik xüsusiyyətləri təhlil edilərək sistemləşdiriləcək və onların variasiyaları, eləcə də bu variasiyaların rastgəlmə tezlikləri təcrübi təbabətin maraqlarına uyğun olaraq təhlill ediləcək və onların arasındakı korrelyasiyalar analiz olunacaqdır.

Gözlənilən nəticələr: İnsan orqanizminin təşəkkül tapdığı müxtəlif sistemlərdə yaş, cinsi və fərdi aspektlərdə ifadəli surətdə müəyyən edilən fərqlər mövcuddur ki, bu da ilk növbədə klassik anatomik tədqiqat üsullarını uğurla tamamlayan modern anatomik metodların tətbiqi ilə aşkarlanır. Bu sistemlərdə müəyyən olunan variasiyalar müxtəlif rastgəlmə tezlikləri ilə səciyyələnirlər ki, həmin tezliklər yaşdan, cinsdən və fərdi xüsusiyyətlərdən asılı olaraq müxtəlif cür təzahür edir. Variasiyaların arasında düz və ya əks korrelyasiyaların mövcudluğu orqanizmin inkişafı baxımından izah olunmalıdır. 

Elmi-praktik əhəmiyyəti: İnsan orqanizminin təşəkkül tapdığı müxtəlif sistemlərdə yaş, cinsi və fərdi aspektlərdə müəyyən olunan xüsusiyyətlərin anatomo-funksional və klinik-anatomik baxımından təhlili, anatomik variasiyaların və onların rastgəlmə tezliklərinin müəyyən edilməsi təcrübi təbabətin maraqlarına xidmət edir, cərrahi və ya diaqnostik məqsədlə aparılan müdaxilələr zamanı həkim səhvi riskini minimuma endirir, müdaxilə nahiyəsi barəsində bitkin məlumatı ifadə edir.