Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Bazalar

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN NƏZDİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN KLİNİKALAR

 

TƏDRİS CƏRRAHİYYƏ KLİNİKASI

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası  2014-cü ildən fəaliyyət göstərir. On üç mərtəbəli binada yerləşən klinika tədris ilə yanaşı, əhaliyə yüksək səviyyəli diaqnostik, ambulator və stasionar cərrahi yardım göstərir. Proffesor-müəllim heyəti tələbələrin və rezidentlərin hazırlanmasında müasir üsulların tətbiqinə, ən son protokollara və tibbi ədəbiyyata istinad olunur. Klinikada 14 kafedra, 29 şöbə fəaliyyət göstərir:

 

Kafedralar:

 

  • Oftalmologiya kafedrası;
  • Uşaq cərrahiyyəsi kafedrası;
  • I mama - ginekologiya kafedrası;
  • II mama - ginekologiya kafedrası;
  • Ümumi cərrahiyyə kafedrası;
  • I cərrahi xəstəliklər kafedrası;
  • II cərrahi xəstəliklər kafedrası;
  • III  cərrahi xəstəliklər kafedrası;
  • Otorinolarinqologiya kafedrası;
  • Ağız, üz və çənə cərrahiyyəsi kafedrası;
  • Travmatologiya və ortopediya kafedrası;
  • Neyrocərrahiyə kafedrası;
  • Urologiya kafedrası;
  • Şüa diaqnostika və terapiyası kafedrası;
  • Anesteziologiya - reanimatologiya kafedrası;

 

Klinikanın kadr potensialı 1028 nəfərdən ibarətdir. Onlardan 631 nəfəri klinika, 397 nəfəri kafedra əməkdaşlarından ibarətdir. Klinikada 36 professor, 76 dosent, 179 assistent fəaliyyət göstərir.

Klinika ən müasir avadanlıqlarla təchiz edilmiş, yüksək səviyyəli mütəxəssislər tərəfindən bütün profillər üzrə cərrahiyyənin müasir üsullarına cavab verən mürəkkəb əməliyyatlar icra edilir.

Əməliyyatxanalarda quraşdırılan xüsusi çoxfunksiyalı  işıqlandırma sistemi və kamera vasitəsilə əməliyyatların gedişatı dərs otaqlarına, tədris və konfrans zallarına, həmçinin xaricdəki yüksək ixtisaslı mütəxəssislərə ötürülə bilir və tibb müəssisəsinin arxivinə yüklənir.

 

TƏDRİS TERAPEVTİK KLİNİKASI

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Tədris Terapevtik Klinikası həkim-rezidentlərin klinik bilik və bacarıqlarının formalaşdırılması, onların terapevtik sahədə ixtisaslı mütəxəssis kimi yetişdirilməsi məqsədilə 2010-cu ildən fəaliyyət göstərir. Klinikanın fəaliyyəti müasir tibbin tələblərinə uyğun təşkil olunmuş və həkim-rezidentlərin nəzəri biliklərini praktik təcrübə ilə birləşdirilməsinə geniş imkanlar yaratmışdır.

 

Zəmin qat daxil olmaqla 15 mərtəbədən ibarət olan klinikada 8 kafedra fəaliyyət göstərir və hər bir kafedra həkim-rezidentlərin tədrisi və elmi-tədqiqat işi üçün tam şəraitlə təmin olunub:

  • I Daxili xəstəliklər kafedrası;
  • II Daxili xəstəliklər kafedrası;
  • III Daxili xəstəliklər kafedrası;
  • Anesteziologiya, reanimasiya və intensiv terapiya kafedrası;
  • II Uşaq xəstəlikləri kafedrası;
  • Fizioterapiya və tibbi reabilitasiya kafedrası;
  • Nevrologiya kafedrası;
  • Ailə təbabəti kafedrası;

Klinikada tədris prosesi peşəkar heyət tərəfindən aparılır. Tədris 20 professor, 50 dosent və 85 assistent tərəfindən təşkil edilir. Bu həkim-rezidentlərin həm nəzəri, həm də praktiki biliklərin yüksək səviyyədə verilməsini təmin edir. Tədris prosesi interaktiv metodlarla, müasir texnologiyalardan istifadə edilməklə həyata keçirilir.

Klinikanın dərs zalları tələbələr üçün müasir və komfortlu tədris mühiti təmin edir. Eyni vaxtda 640 tələbə yeri olan 8 mühazirə zalı, 70-ə yaxın dərs otağı mövcuddur.

Klinikanın müasir laboratoriyası həkim-rezidentlərə real klinik iş mühitində təcrübə qazanmaq imkanı verir. Burada ən son texnologiyalar və avadanlıqlar istifadə olunur, bu da tədrisi həm praktik, həm də elmi baxımdan zənginləşdirir. Diaqnostik cihazlar: Rentgen, KT (Kompüter Tomoqrafiya), Ultrasəs, EKQ və AT-nin sutkalıq monitoru, Elektromioqrafiya (EMQ), Elektroensefaloqrafiya (EEQ), Koronar Angioqrafiya, Spirometriya və digər müasir tibbi cihazları tələblərə real xəstə nümunələri üzərində işləmək imkanı verir. Terapevtik prosedurlar: İnfüziya, fizioterapiya və digər müalicə üsulları üçün bütün lazımi cihaz və alətlər təmin olunub.

Klinika 380 çarpayılı stasionar şöbələrə və konsultativ-diaqnostik poliklinikaya malikdir. Burada gündəlik 300-350 xəstəyə ambulator yardım göstərilməsi üçün bütün şərait yaradılıb. Klinikanın bütün palataları sanitar-qovşaqlar və duş kabinələri ilə təchiz olunmuşdur.

Təcrübə müddətində həkim-rezidentlər daxili xəstələrin diaqnostikası, müalicəsi və profilaktikasına dair biliklərini dərinləşdirir, anamnez toplama, obyektiv müayinə aparma, laborator və instrumental nəticələri təhlil etmə bacarıqlarını inkişaf etdiririlər. Onlar klinik qərar vermə prosesində iştirak edir, terapevtik xəstələrin idarə olunmas üzrə real təcrübə qazanırlar.

 

TƏDRİS ONKOLOJİ KLİNİKA

 

Azərbaycan Tibb Universitetinin nəzdindəki Onkoloji Klinika 2007-ci ildən fəaliyyət göstərir. Klinika 2 stasionar şöbə, gündüz stasionarı, poliklinika və diaqnostika şöbəsi, əməliyyat və anesteziologiya şöbəsindən ibarətdir.

Burada histologiya laboratoriyası, kompüter tomoqrafiya otağı, ultrasəs müayinəsi otağı, müxtəlif müalicə-diaqnostika şöbələri, elmi-tədqiqat və müalicə sektorları, ginekologiya, cərrahiyyə və digər ixtisaslaşdırılmış bölmələr fəaliyyət göstərir.

Şöbələr ən yeni tibbi avadanlıqlarla təchiz olunmuş, tələbələrin praktik təcrübə qazanması, rezidentlərin, həkim və müəllimlərin elmi-tədqiqat işlərini həyata keçirməsi, həmçinin müraciət edən xəstələrin keyfiyyətli tibbi xidmət alması üçün bütün imkanlar yaradılmışdır.

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası çarpayı fondu 100 çarpayıdan ibarətdi. Klinikanın yüksək hazırlıqlı kadrları burada onkoloji xəstələrə yüksəkixtisaslı tibbi yardım göstərir. Belə ki, hər il klinikada 15.000-dən çox xəstəyə spesifik müalicə (cərrahi əməliyyat və kimyəvi dərman müalicəsi), o cümlədən 4000-dən çox cərrahi əməliyyat aparılır, 50.000-55.000 xəstəyə isə ambulator tibbi yardım göstərilir.

Klinika həm də ATU-nun onkologiya kafedrasının bazasıdır. Kafedrada 30 nəfər professor müəllim heyəti (1 akademik, 4 t.e.d., professor, 17 t.ü.f.d., dosent, 8 assistent) və tədris köməkçi heyət fəaliyyət göstərir. Klinikada 9 nəfər tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan həkim çalışır. Klinikanın rezidentləri əməliyyatlara cəlb olunur, xəstələrlə daimi təmasda olmaları üçün şərait yaradılır. Onlara əsas müayinə və müalicə prinsipləri öyrədilir və praktiki yerinə yetirilməsinə nəzarət olunur. Rezidentlər gecə növbələrində qalır və iş fəaliyyətləri üçün istənilən şərait yaradılır.

 

 

TƏDRİS STOMATOLOJİ KLİNİKA

Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının əsas məqsədi stomatologiyanın inkişafına nail olmaq, əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək və peşəkar stomatoloqlar yetişdirməkdir. Klinika 2002-ci ildən fəaliyyət göstərir.

Klinikada terapevtik stomatologiya, ortopedik stomatologiya, uşaq stomatologiyası, ortodontiya kafedraları ilə yanaşı, cərrahiyyə, ortopediya, parodontologiya, implantologiya, fizioterapiya, rentgen şöbələri və müasir laboratoriyalar mövcuddur.

Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası klinik bazası kimi fəaliyyətini aşağıda göstərilən kafedralar üzərində qurub:

 

  • Ortopedik stomatologiya
  • Terapevtik stomatologiya
  • Ortodontik stomatologiya
  • Uşaq stomatologiyası

 

Ümumiyyətlə, tədris mərkəzi,123 sayda tam təchiz olunmuş stomatoloji kabinet, 160 həkim- stomatoloqlardan ibarətdir. Kadr potensialı 8 professor, 3 elmlər doktoru, 5 tibb üzrə fəlsəfə doktoru kimi mütəxəssislərdən ibarətdir. ATU-nun Tədris Stomatoloji Klinikasında radiologiya və rəqəmsal laboratoriya fəaliyyət göstərir. Rezidentlərə kafedralarından başqa tədris mərkəzində 6 stomatoloji qurğu və poliklinika şöbəsində 3 tam təchiz olunmuş otaq ayrılmışdır.