Heydər Əliyev
ATU - da Sosial Startap Proqramı başlayır

ATU - da Sosial Startap Proqramı başlayır

Azərbaycan Tibb Universitetində (ATU) 5 noyabr 2026-cı il tarixində Sosial Startap Proqramına start verilir.

Proqram ictimai problemlərə innovativ həllər tapmaq, sosial təsir yaradan layihələr hazırlamaq və ideyanı real layihəyə çevirmək istəyən hər kəs, o cümlədən magistrant, rezident, doktorant, tələbə, müəllimlər və həkimlər üçün nəzərdə tutulub.

Proqram iştirakçıları sosial problemlərin müəyyənləşdirilməsindən başlayaraq ideyaların yaradılması, prototipləşdirmə, biznes modelinin qurulması və layihələrin təqdimatına qədər müxtəlif istiqamətlərdə bilik və bacarıqlar qazanacaqlar.

    Tədbir saat 16:10-da 2 saylı tədris binasında ((Əczaçılıq korpusu), 2-ci mərtəbə, mühazirə zalı) keçiriləcək.

      Qeydiyyat linki: https://forms.gle/GSJRnWTvNua3BL5G6

Paylaş

Dostlarınız ilə paylaşın.