

Hər il sentyabrın 29-u Ümumdünya Ürək Günü kimi qeyd olunur.
Günün əsas məqsədi ürək-damar xəstəliklərinin qarşısının alınması, risk faktorları barədə ictimai məlumatlılığın artırılması və sağlam həyat tərzinin təşviq edilməsidir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəbidir.
Ürək-damar xəstəliklərinə ürəyin və qan damarlarının müxtəlif patologiyaları, o cümlədən koronar, serebrovaskulyar, revmatik və anadangəlmə xəstəliklər daxildir.
