Bizi izləyin:
Heydər Əliyev
ABŞ-nin qlobal səhiyyə təhlükəsizliyi üzrə nümayəndə heyəti ilə görüş keçirilib

ABŞ-nin qlobal səhiyyə təhlükəsizliyi üzrə nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Tibb Universitetinin (ATU) Epidemiologiya və biostatistika kafedrasında İctimai Səhiyyə fakültəsinin rəhbərliyi CDC (ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Şərqi Avropa və Mərkəzi Asiya regional ofisi) və STRIDES proqramının (Strengthening Training and Resources for International Development and Emergency Services) nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva, dekan müavini Nailə Məmmədova, Səhiyyə nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Rəna Hüseynova, Epidemiologiya və biostatistika kafedrasının müdiri, ə.e.x. professor İbadulla Ağayev, İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri, dosent  Aygün Babayeva, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva, Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli, Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva,  İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistenti Kamran Abbasov, Epidemiologiya və biostatistika kafedrasının baş müəllimi Leyla Əhmədzadə,  həmin kafedranın assistentləri Azər Rəşidov və Nazxanım Qasımova iştirak ediblər.

Müzakirə formatında keçən görüşdə, həmçinin ABŞ-nin Azərbaycandakı Səfirliyinin İqtisadiyyat şöbəsinin müdir müavini Alexander Ryan, STRIDES proqramının rəhbəri Becca Price, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) Şərqi Avropa və Mərkəzi Asiya ofisinin icraçı direktoru Steven Becknell, CDC-ın icraçı direktor müavini Joel Stanojevich, ABŞ CDC-ın baş texniki məsləhətçisi Lia Gvinjilia, ABŞ-nin Azərbaycandakı Səfirliyinin kommersiya üzrə mütəxəssisi Gövhər Məmmədova və başqaları iştirak ediblər.

Görüş çərçivəsində ictimai səhiyyə sahəsində təhsil proqramları və yanaşmalarının inteqrasiyası, ictimai səhiyyə və tibb təhsil müəssisələri ilə Səhiyyə Nazirliyi və tabeli qurumlar arasında əməkdaşlıq mexanizmləri və ölkəmizdə gələcək nəsil ictimai səhiyyə mütəxəssislərinin hazırlanması istiqamətində əldə edilən nailiyyətlər və mövcud çatışmazlıqlar geniş müzakirə olunub. 

 
 
 

 

Paylaş

Dostlarınız ilə paylaşın.