
Azərbaycan regionun ən cəlbedici təhsil istiqamətlərindən birinə çevrilməkdədir - ölkəmiz keyfiyyətli təhsil, münasib təhsil haqları, müasir kampuslar və təhlükəsiz beynəlxalq mühit təqdim edir.
Bu imkanları birbaşa Almatıda kəşf etmək fürsətini qaçırmayın.
“Study in Azerbaijan” Təhsil Sərgisi çərçivəsində Azərbaycan universitetlərinin nümayəndələri ilə görüşmək imkanı əldə edəcəksiniz. Tədbirdə təhsil proqramları, qəbul tələbləri, təqaüd imkanları və tələbə həyatı barədə ətraflı məlumat təqdim olunacaq.
Getdikcə daha çox əcnəbi tələbənin təhsil üçün Azərbaycanı seçməsinin səbəblərini yaxından tanımaq imkanı əldə edin.
Bakalavr, magistratura və doktorantura səviyyələri üzrə təhsil almağı planlaşdıran şəxslər üçün bu sərgi akademik inkişaf yolunda mühüm addım hesab olunur.
Azərbaycan Tibb Universiteti beynəlxalq standartlara uyğun təşkil olunmuş tibbi təhsil sistemi, güclü elmi-tədqiqat bazası və praktik yönümlü tədris yanaşması ilə seçilir. Universitet tələbələrin peşəkar həkim kimi formalaşması üçün geniş klinik imkanlar və beynəlxalq əməkdaşlıq perspektivləri təqdim edir. Burada qazanılan bilik və bacarıqlar gələcək uğurlu tibbi fəaliyyət üçün möhkəm zəmin yaradır.
Sizi Azərbaycan Tibb Universitetinin təqdim etdiyi imkanlardan yararlanmağa və perspektivli akademik mühitin bir hissəsi olmağa dəvət edirik. Universitetimizin zəngin ənənələri və müasir yanaşmaları ilə formalaşan ATU ailəsinə qoşulmağınızdan məmnunluq duyarıq. Gələcəyinizi bizimlə qurmağa qərar verəcəyinizə ümid edirik.