Bizi izləyin:
Heydər Əliyev
Nazirlikdən həssas əhali qrupları üçün səyyar xidmət: 8 mindən çox insan müayinə olunub

Nazirlikdən həssas əhali qrupları üçün səyyar xidmət: 8 mindən çox insan müayinə olunub

Səhiyyə Nazirliyi tərəfindən aksiya keçirilib

Aksiya çərçivəsində Azərbaycan Tibb Universitetinin Stomatoloji klinikası əhaliyə xidmət göstərib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən profilaktik tibbi müayinələr çərçivəsində ATU-nun Tədris Stomatoloji Klinikasının səyyar stomatoloji xidməti fəaliyyət göstərir.
Nazirliyin koordinasiyası ilə həyata keçirilən səyyar xidmətlər 1, 2 və 3 saylı uşaq evlərində, Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində, Binəqədi rayonu Xocasən bələdiyyəsində, əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, həssas əhali qrupları üçün sığınacaq və reabilitasiya mərkəzlərində təşkil edilib.

Bu tədbirlər zamanı əhalinin ağız və diş sağlamlığı üzrə ilkin müayinələr aparılıb, profilaktik tövsiyələr verilib və sağlam həyat tərzinin təşviqi məqsədilə maarifləndirmə işləri həyata keçirilib.
Səyyar xidmətlər nəticəsində 8 000-dən çox vətəndaş müayinədən keçib, onlardan 300 nəfəri əlavə müalicə üçün klinikaya yönləndirilib.
Layihənin icrasında ATU Tədris Stomatoloji Klinikasının rezidentləri və həkim heyəti fəal iştirak edərək əhali üçün stomatoloji xidmətlərin əlçatanlığını artırıb. Eyni zamanda bu proses gənc mütəxəssislərin praktik bilik və bacarıqlarının inkişafına da mühüm töhfə verib.

Səyyar stomatoloji xidmətlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sağlamlığın qorunması və profilaktikanın gücləndirilməsinə yönəlmiş dövlət siyasətinin tərkib hissəsi olaraq həyata keçirilir. Tədbirlər ATU və aidiyyəti qurumların iştirakı ilə davam etdirilir və gələcəkdə ölkənin bütün bölgələrini əhatə etməsi nəzərdə tutulur.

Paylaş

Dostlarınız ilə paylaşın.