Bizi izləyin:
Heydər Əliyev
Fizioterapiya və  tibbi reabilitasiya kafedrasının elmi-praktik konfransı

Fizioterapiya və  tibbi reabilitasiya kafedrasının elmi-praktik konfransı

ATU-un  Fizioterapiya və  tibbi reabilitasiya kafedrasının “Konstitusiya və suverenlik ilinə  həsr olunmuş fizioterapiya və tibbi reabilitasiyanın inkişaf perspektivləri” mövzusunda  elmi-praktik konfransı

      Hörmətli həmkarlar!

      Sizi 26 dekabr 2025-ci il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında 14-cü mərtəbədə “KONSTİTUSİYA VƏ SUVERENLİK İLİNƏ  HƏSR OLUNMUŞ FİZİOTERAPİYA VƏ TİBBİ REABİLİTASİYANIN İNKİŞAF PERSPEKTİVLƏRİ” mövzusunda elmi-praktik konfransda iştirak etməyə dəvət edirik.

       Konfrans materialları üçün tezislərin təqdim edilməsi müddəti 26 dekabr 2025-ci il tarixinə qədər nəzərdə tutulub.

     Konfrans materiallarında çap üçün təqdim olunan tezislərin həcmi 1 səhifədən çox olmamalıdır. Tədqiqat xülasələrinə aid tezislərdə işin məqsədi, material və metodlar, nəticələri göstərilməlidir. A4 formatında boş sahələr sağ tərəfdən 3 sm, sol tərəfdən 1 sm, yuxardan və aşağıdan 2 sm olmaqla,  12 mm ölçüdə, Times New Roman şrifti ilə, 1 intervalla çap olunmalıdır. Tezislər çap şəkilində (1 nüxsə) və elektron (CD və email adresə) variantında təqdim olunmalıdır.

     Tezislərin qəbulu üçün son tarix:  18 dekabr 2025-ci il

     Materiallar aşağıdakı ünvanlara göndərilməlidir:

     Ünvan: AZE 1078; Bakı, Nəsimi rayonu, Mərdanov Qardaşları 100,

     ATU-nun Fizioterapiya və tibbi reabilitasiya kafedrasının assistenti t.ü.f.d., Cəlilov Vaqif Çingiz oğlu

      Tel: +994776270015 (whatsapp)             

      Email: vaqif606@mail.ru

Konfransın proqramı: Proqram

Paylaş

Dostlarınız ilə paylaşın.