Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

MÖVZU: Müasir müayinə üsullarından istifadə etməklə bədxassəli şişlərin diaqnostikasının və cərrahi müalicəsinin optimallaşdırılması.

I. Mövzunun aktuallığı

Son illərdə bədxassəli şişlər,xüsusilə də süd vəzi, yumurtalıq, endometrium  xərçəngi kimi konkret lokalizasiyalı formalar artım tendensiyası göstərməkdədir. Lakin erkən diaqnostika hesabına süd vəzi, ginekoloji orqanların, baş-boyun nahiyəsinin bədxassəli şişləri zamanı daha az aqressiv müalicə metodlarından istifadə etməklə qənaətbəxş onkoloji nəticəyə, yaşam keyfiyyətinin artmasına və sağqalmanın uzanmasına nail olmaq olar. Müasir dövrdə diaqnostika və kimyəvi dərman müalicəsinin imkanlarının artması, immunterapiya, target terapiya, inteqrativ müalicə üsullarının geniş tətbiq olunması və effektivliyinin artmasıcərrahi müalicədə də minimalizasiyaya doğru seçim etməyə imkan verir.

Yumşaq toxumaların şişləri zamanı müalicənin effektivliyi və proqnozun müəyyən edilməsində molekulyar biomarkerlərin mühüm rolu vardır. Bu biomarkerlər genetik və molekulyar texnologiya üsulları ilə aşkar edilir. Hazırda bu üsullara FİSH (fluoresant in situ hibridizasiyası), İHC (immunohistochemistry) və müxtəlif üsullarla gen ardıcıllığının öyrənilməsi aiddir. Biomarker anlayışı yumşaq toxuma sarkomaları zamanı mühim bir amil kimi müəyyən edilmişdir. Yumşaq toxuma sarkomalarının müxtəlif histotiplərində,  klinik-morfoloji qradasiyasının təyinində və proqnozlaşmasında biomarkerlərin molekulyar genetik üsullarla aşkarlanması mühüm aktuallıq kəsb edir.   

Süd vəzi xərçənginin erkən diaqnostikasında MRT-nin müayinə standartlarına daxil olması və radiasion terapiyanın geniş tətbiqi, target, immun və kimyəvi dərman müalicəsinin kompleks istifadəsi orqanqoruyucu-onkoplastik  əməliyyatlara üstünlük verməyə imkan verir. Lakin gecikmiş hallarda yenə də böyük əməliyyatlar aparılır ki, bunun nəticəsində də implantla və ya öz toxumalarından istifadə etməklə süd vəzi bərpaedici əməliyyatlara ehtiyac yaranır. Tətqiqatlar göstərir ki, süd vəzinin qorunması və ya erkən bərpası ilə nəticələnən əməliyyatlar, yəni estetikliyin saxlanması xəstələrin sonrakı müalicə prossesində və proqnozda müsbət rol oynayır. Həmçinin Sentinel limfa düyünü biopsiyası aksillyar müdaxilənin həcmini məhdudlaşdırmağa və xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verir.

Atipik duktal hiperplaziya, in situ karsinoma, erkən invaziv süd vəzi xərçəngi kimi əksər hallarda klinik simptomu olmayan, yalnız  müayinələr zamanı təsadüfi aşkar olunan patologiyaların klinikayaqədərki dövrdə tapılması, adekvat müalicəsi süd vəzi xərçənginin profilaktikasında böyük əhəmiyyət daşıyır (Mooney KL, Bassett LV, Apple S.K. 2016). Bu patologiyaların diferensial meyarlarının aydınlaşdırılması,histoloji və immunhistokimyəvi göstəricilər nəticəsinə əsasən yaradılmış sistemli diaqnostik etaplandırmanın təkmilləşdirilməsini aktual edir.

Qadınlar arasında reproduktiv orqanların bədxassəli şişlərinin erkən diaqnostika və adekvat müalicəsi də müasir onkoginekologiyanın aktual problemlərindən biridir. I və II mərhələdə aşkar olunan uşaqlıq cismi xərçənginin yeganə radikal müalicə üsulu cərrahidir. Randomizə olunmuş Cochrane tətqiqatlarına əsasən hazırda minimal cərrahi üsul daha çox tövsiyyə olunur. Bu da postop dövrün ağırlaşmalarının azalmasına,onkoloji nəticələr dəyişmədən daha yaxşı estetik nəticələr əldə etməyə imkan yaradır (Janda M., Gebski V, Davies LC., Forder P. Et.al. 2009). Bu baxımdan da minimal invaziv cərrahiyənin tətbiqinin qiymətləndirilməsi əhəmiyyətlidir.

Yumurtalığın bədxassəli şişləri də öz növbəsində aqressiv gedişi, yüksək letallıq qabiləyitinə görə onkologiyanın daha müasir yanaşma tələb edən sahələrindəndir. Erkən diaqnostika və adekvat profilaktika metodlarının hazırlanması bu sahədə daha effektiv nəticələr almağa zəmin yarada bilər. Bu sahədə vacib aspektlərdən biri proqnostik amillərin araşdırılması və qiymətləndirilməsidir. PD-1/PD-L1 kimi biomarkerləri araşdırılmasına əsasən müalicə taktikasının düzgün seşilməsi mümkündür (Agata Y, Nishimura H., İshida Y, Tsubata T. Pardoll DM. 2012).

Baş-boyun nahiyəsinin şişləri zamanı cərrahi əməliyyat və radioterapiya müalicənin əsas standartı hesab olunur. Lakin radiasiyanın özünün də ikincili şişlər yaratmaq xüsusiyyəti nəzərə alınarsa əsas seçim cərrahi olmalıdır (Mardini S. Chrstopher J, Chen H. 2010). Bu nahiyədə aparılan əməliyyatlar zamanı şişin geniş rezeksiyasından sonra əmələ gələn qüsurun bərpası üçün çoxsaylı rekonstruksiya metodları var ki, bunlar da hər zaman özünü doğrultmur (Shield K.D. Ferlay J. Jemal a. 2018). Bu baxımdan müxtəlif lokalizasiyalı, ölçülü şiş qüsurları zamanı yaxşı estetik və funksional nəticə verən ən optimal rekonstruksiya metodunun seçilməsi aktuallığını saxlayır. Həmçinin baş-boyun nahiyəsinin dərisinin, alt dodağın xərçəngi, ağız boşluğunun erkən xərçəngi zamanı gərəksiz aparılan limfadiseksiyaların qarşısını almaq, xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün limfadiseksiyalara göstəriş kriteriyalarının müəyyənləşdirilməsi aktual problemdir. Beləliklə, göstərilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, müasir müayinə üsullarını tətbiq etməklə bədxassəli şişlərin diaqnostikasının və cərrahi müalicəsinin optimallaşdırılması mövzusu klinik onkologiyanın çox mühüm probleminin həllinə istiqamətlənmiş çoxşaxəli tədqiqat işidir. 

 

II. Tədqiqatın məqsədi

Erkən diaqnostika metodlarının və müasir cərrahiyənin, həmçinin optimal rekonstruktiv metodların seçilməsi ilə yumşaq toxuma, süd vəzisi, yumurtalıq, endometrium, baş-boyun nahiyəsinin bədxassəli şişlərinin müalicəsinin optimallaşdırılması ilə estetik və onkoloji nəticələrin yaxşılaşdırılması.

III. Tədqiqatın vəzifələri

1. Azərbaycanda bədxassəli şişlərlə xəstələnmənin strukturunda yerli-yayılmış yumşaq toxuma sarkomalarının yayılması tezliyinin öyrənilməsi, yumşaq toxuma sarkomalarının diaqnostikası və proqnozu üçün immunohistokimyəvi müayinə üsullarının əhəmiyyətinin qiymətləndirilməsi, bu şişlərin diaqnostikasında molekulyar genetik müayinələrin imkanlarının öyrənilməsi və proqnostik amilləri araşdırmaq və onları optimallaşdırmaq üçün müvafiq tədbirlərin işlənib hazırlanması;

2. Süd vəzisi xərçənginə görə müxtəlif aksilyar mərhələləndirmə üsulları (ALND-aksilyar limfa disseksiya, TAD-target aksilyar diseksiya, SLNB-sentinel limfa düyünü biopsiyası, TLNB-target limfa düyünü biopsiyası) ilə müalicə edilən CN+→ycN0 xəstələrdə 5 illik invaziv xəstəliksiz sağ qalmanın (iDFS) qiymətləndirilməsi;

3. Atipik hiperplaziya (AH), karsinoma in situ (CİS) və erkən invaziv süd vəzi xərçəngi olan xəstələrin klinik, morfoloji tətqiqatlarının arxiv və cari məlumatları əsasında p16 və Ki67 ekspressiyasının müqayisəli təhlili;

4. AH və CİS olan xəstələrin p16 və Ki67 ekspressiyası əsasında differensial diaqnostik alqoritmin formalaşdırılması;

5. Endometrium xərçəngi olan xəstələrdə laparotomik və laparoskopik əməliyyat radikallığının qiymətləndirilməsi;

6. Laparotomik və laparoskopik əməliyyatlardan sonrakı ağırlaşmaların,yaşama göstəricilərinin və uzaq nəticələrin müqayisəli qiymətləndirilməsi;

7. Yumurtalıqların epitelial şişləri zamanı PD-L1 ekspressiyasının şişin morfoloji, klinik xüsusiyyətlərindən asılı olaraq müqayisəli təhlili;

8. Yumurtalıqların epitelial şişləri zamanı PD-L1 ekspressiyasının qanda CEA, CA 125 və HE 4 markerləri ilə korrelyasının müəyyənləşdirilməsi və preduktiv əhəmiyyətinin öyrənilməsi;

9. Endometriumun intraepitelial neoplaziyası (EİN) olan xəstələrdə cərrahiyənin minimal invazivüsulla optimallaşdırılması;

10. EİN səbəbi ilə əməliyyat olunan xəstələrin pre,peri və postoperativ patohistoloji müayinə nəticələrinin müqayisəli təhlili, uzaq nəticələrin öyrənilməsi;

      11. Baş və boyun nahiyəsinin dərisinin yerli-yayılmış birincili və residiv xərçəngində rekonstruktiv bərpaedici cərrahiyənin effektivliyinin öyrənilməsi;

12. Baş və boyun nahiyəsinin dərisinin yerli-yayılmış birincili və residiv xərçəngində cərrahi kombinəolunmuş müalicənin onkoloji,funksional və estetik nəticələrinin tətqiqi;

13. Müalicədən əvvəlki və sonrakı dövrdə həyat keyfiyyətinin müqayisəli qiymətləndirilməsi;

14. Alt dodaq xərçəngi zamanı şişin lokalizasiya və yayılma dərəcəsindən asılı olaraq səmərəli rekonstruksiya növünün seçilməsi, yaxın və uzaq funksional və estetik nəticələrin qiymətləndirilməsi;

15. cN0 metastazı olan xəstələrdə profilaktik boyun disseksiyalarının aparılmasına göstərişlərin müəyyən edilməsi;

16. Ağız boşluğunun erkən xərçəngi (c T1-T2N0) olan xəstələrdə cərrahi və kombinəolunmuş müalicənin effektivliyinin müqayisəli qiymətləndirilməsi.

IV. Tədqiqat obyekti

Tədqiqatın işi Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının dayaq hərəkət, baş-boyun, süd vəzi və onkoginekologiya bölmələrində müalicə almış xəstələrin retrospektiv və prospektiv materiallarına əsasən aparılacaq

V. Tədqiqat üsulları

Tədqiqatda kompleksklinik, laborator, instrumental, o cümlədən immunhistokimyəvi və molekulyar-genetik müayinə üsulları tətbiqolunacaqdır.

Statistik hesablamalar SPSS-20, EXCEL-2010 proqramlarından istifadə etməklə müvafiq cədvəl və qrafiklərdə öz əksini tapacaq.

VI. Tədqiqatın gözlənilən elmi yenilikləri

Tədqiqat nəticəsində:

- Yumşaq toxuma sarkomalarının müxtəlif histotiplərində,  klinik-morfoloji qradasiyasının təyinində və proqnozlaşmasında biomarkerlərin molekulyar-genetik üsullarla aşkarlanmasının vacibliyinin müəyyənləşdirilməsi, müayinə zamanı öyrənilən biomarkerlərin yüksək göstəriciləri olan xəstələrin “yüksək onkoloji risk” qrupuna daxil edilib-edilməməsi dəqiqləşdiriləcək. Həmçinin, biomarkerlərin yüksək və çox yüksək səviyyəsi müşahidə olunan qruplarda istifadə olunan dərman müalicəsi protokollarının korreksiyasının aparılması məqsədəuyğunluğu müəyyənləşdiriləcək;

- İlk dəfə olaraq süd vəzi xərçənginə görə müxtəlif aksilyar mərhələləndirmə üsulları (ALND-aksilyar limfa disseksiya, TAD-target aksilyar diseksiya, SLNB-sentinel limfa düyünü biopsiyası, TLNB-target limfa düyünü biopsiyası) ilə müalicə edilən CN+→ycN0 xəstələrdə bu üsulların mümkünlüyü və təhlükəsizliyi qiymətləndiriləcək;

- İlk dəfə olaraq AH, CİS və erkən süd vəzi xərçəngi olan xəstələrin İHK müayinə göstəriciləri əsasında P16 və ki67 ekspressiyasından asılı olaraq histoloji,klinik, diferensial diaqnostik qiymətləndirilməsi aparılacaq;

- Yumurtalığın epitelial şişləri zamanı PD-L1 markerinin CEA, CA 125, HE4 markerləri ilə şişin klinik gedişi, morfoloji xüsusiyyətləri, 5 illik residivsiz və ümumi yaşama göstəriciləri ilə korrelyasiyası qiymətləndiriləcək;

- Endometrium xərçənginin erkən mərhələsində minimal invaziv cərrahiyənin imkanları qiymətləndiriləcək;

- Endometrium xərçəngində çanaq limfa düyünlərinə gizli metastazların erkən aşkarı və cərrahi müalicə ilə kontrol altına alınması sistematik limfadiseksiya nəticələrinin təhlili əsasında qiymətləndiriləcək;

- EİN olan xəstələrdə minimal invaziv cərrahiyənin tətbiqi ilə zəruri olmayan radikal əməliyyatların sayı minimuma endiriləcək;

- İlk dəfə olaraq ayrıca xəstə məlumatları əsasında alt dodaq xərçənginin cərrahi müalicəsinin effektivliyiaraşdırılıb, rekonstruksiya üsullarının müxtəlif növləri qiymətləndiriləcək, profilaktik boyun disseksiyasına göstərişlər müəyyən ediləcək;

- Baş-boyun dərisinin yerli-yayılmış yastıhüceyrəli xərçənginin kombinə olunmuş müalicəsinin əhəmiyyəti əsaslandırılacaq. Müalicənin onkoloji, funksional və estetik nəticələri, xəstələrin həyat keyfiyyəti kompleks şəkildə öyrəniləcək;

- Ağız boşluğunun erkən xərçəngi olan xəstələrdə müxtəlif müalicə üsullarının effektivliyi müqayisəli qiymətləndiriləcək, profilaktik boyun diseksiyalarına göstərişlər müəyyən ediləcəkdir.

 

VII. Tədqiqatın gözlənilən təcrübi əhəmiyyəti

- Тядгигат заманы яldя olunan nяtиcяlяrя яsaslanaraq, шишlяrиn mцalиcя taktиkasыnы daha da sяmяrяlи etmяk цcцn, optиmal varиantlar mцяyyяnlяшdиrиlяrяk xяstяlяrиn mцalиcя kompleksиndя mцvafиq korreksиya aparыlmasыna иmkan verя bиlяr, bununla da tяkrarи resиdиvlяrиn vя dиssemиnasиya ehtиmallarыnыn azalmasыna шяраит йаратмаг олар. Бундан ялавя ишин нятиъяляри эцндялик онкоморфоложи тядгигатлар, еляъядя тядрис-методик ядябиййатларын щазырланмасы вя тядрис просеси цчцн ящямиййятли ола биляр;

- Süd vəzisi xərçənginə görə müxtəlif aksilyar mərhələləndirmə üsulları (ALND-aksilyar limfa disseksiya, TAD-target aksilyar diseksiya, SLNB-sentinel limfa düyünü biopsiyası, TLNB-target limfa düyünü biopsiyası) ilə müalicə edilən CN+→ycNo xəstələrdə həyat keyfiyyətinin yaxşılaşdırılmasına nail olunacaq.

- Süd vəzisinin AH və CİS zamanı histoloji və İHK müayinə göstəriciləri nəzərə alınmaqlaetibarlı diferensial meyarların işlənib hazırlanması diaqnostikanın effektivliyini artıraraq in situ xərçəng hallarının erkən aşkarlanması və adekvat müalicə strategiyasının seçilməsinə şərait yaradacaq

- PD-L1 ekspressiya dərəcəsinin nəzərə alınması yumurtalıq xərçənginin müalicənin effektivliyini artıracaq;

- Minimal invaziv cərrahhiyənin tətbiqi EİN və endometrium xərşəngi olan xəstələrdə postop dövrü qısaldacaq;

- Baş-boyun nahiyəsinin erkən şişlərində cərrahi müalicənin optimallaşdırılması nəticəsində estetik, funksional və onkoloji nəticələr yaxşılaşacaq.

 

VIII. Tədqiqat haqqında tələb olunan əlavə məlumatlar

1. Elmi tədqqiat işinin aparılması üçün əsas – təşəbbüslə

2. Elmi tədqqiat işinin növü – tətbiqi

3. Elmi tədqqiat işinin mərhələləri (cədvəl 2)

4. Elmi tədqqiat işinin maaliyyəlşdirilməsi – büdcə vəsaiti hesabına

5. Elmi tədqiqat işinin gözlənilən nəticələrin əhəmiyyəti – nəzəri və təcrübi

6. Tətbiq edilmə dərəcəsi – yüksək, respublika səviyyəli

7. Elmi tədqqiat işinin yekunlaşdırılma forması – dissertasiyalar, normativ sənədlər – metodik tövsiyyələr, elmi məqalələr, ETİ haqqında hesabat

8. Elmi tədqqiat işinin icraçıları haqqında məlumat (cədvəl 1)

 

IX. Mövzunun elmi rəhbəri

Akademik Əhliman Tapdıq oğlu Əmiraslanov