

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşlarının müəllifliyi ilə “İnsanın neyrokoqnitiv vəziyyətinin qiymətləndirilməsi üsulu” adlı ixtiraya Avrasiya Patent Təşkilatı tərəfindən 23 aprel 2026-cı il tarixində 053134 nömrəli Avrasiya patenti verilib.
Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli, kafedranın dissertantı Nərgiz Abdullayeva və Tibbi və bioloji fizika kafedrasının müdiri, dosent İsmayil Qafarov həmmüəllifi olduqları İxtira insanın neyrokoqnitiv vəziyyətinin qiymətləndirilməsi sahəsində yeni yanaşmanı əhatə edir. BU ixtira gələcək elmi-tədqiqat istiqamətlərinin inkişafı baxımından əhəmiyyət kəsb edir.
Avrasiya Patent Təşkilatı tərəfindən təqdim edilən patent ixtiranın üzv dövlətlərin ərazisində hüquqi qorunmasını təmin edən mühüm beynəlxalq sənəddir.
